Havar Memmedov смотреть последние обновления за сегодня на .
Universitetin həyətində arpa-buğda əkiləcək? Bu gün xəbər saytları az qala sensasiya kimi təqdim edir ki, Bakı Mühəndislik Universitetinin (BMU) həyəti satılır, kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib. Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub. Universitetin rəhbərliyi isə açıqlama verib ki, bu barədə məlumatsızıq… Görəsən burada təccüblü, sensasiyalı nə var ki? BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam alim, ziyalı olmaqdan çox satmaqla məşğul olub, yəni biznes adamıdır. Qısa məlumat üçün qeyd edək ki, BMU 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz universitetinin bazasında yaradılmışdır. Biz hələ o vaxt yazmışdıq ki, Qafqaz universitetini Havar Məmmədova vermək təhsilə, elmə ironiyadır. Birincisi, ona görə ki, siyasi tərəfindən asılı olmayaraq Qafqaz universiteti Azərbaycanda rüşvətdən uzaq və keyfiyyətli təhsilə görə həmişə birinci olub. FETO-zad məsələsi bambaşqa. Söhbət təhsildən gedir. İkincisi, axı, Havar Məmmədovu uzun illərdir ki, Azərbaycan cəmiyyəti əla tanıyır. Belə ki, universitetin idman zalını 30-40 manata itboğuşduranlara icarəyə verən Azərbaycan Texniki Universitetinin sabiq rektoru Havar Məmmədovu tanımayan yoxdur. Bu adam 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin (ATU) rektoru olub. Bu adam tələbələrə pul mənbəyi kimi baxıb. Havar Məmmədov ATU-da rektor olarkən “3” qiyməti 50 manata, “4” qiyməti 80 manata, “ 5” qiyməti 120 manata satılırdı. Dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüşvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. Amma… Birdən sehrli bir əl Qafqaz Universitetini Havara verdi. Ümumiyyətlə, Havar Məmmədovun adı bir çox qalmaqallarda hallanır, hətta ortada istintaq ifadələri də var. Nə isə… Deməli, BMU-nin rəhbərliyi medianın suallarına həmişə belə cavab verir: Bu barədə məlumatımız yoxdur. Görəsən Havar müəllimin bəs nədən xəbəri var ? Bəlkə, BMU-də tədris müdiri ilə cavan müəllimənin məsələsindən də Havar müəlliminn xəbəri yoxdur ? Bəlkə, BMU-da mühafizə rəisi ilə xanımın dostluğundan, bəlkə, idman müəlliminin 1-ci kurs tələbəsi qıza təklifindən də xəbəri yoxdur, Havar Məmmədovun ? İndi gördünüzmü, təəccüblənməyə, sensasiya axtarmağa dəyməz. Əgər eşitsəniz ki, Havar Məmmədov universitetin binasını satıb, qəti təəccüblənməyin. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. ➤ Rəsmi sayt: 🤍 ➤Facebook: 🤍 ➤Instagram: 🤍 ➤WhatsApp: 🤍 - Azərbaycanda və dünyada baş verən hadisələrin peşəkarcasına dəqiq təhlilini Gündəlik Bakı TV-dən izləyin! Kanala abunə olub, BİLDİRİŞLƏRİ AÇMAĞI UNUTMAYIN! Abunə ol: 🤍 #GundelikBakiTV #Trend #News
Azərbaycanın xəbər kanalı olaraq, gündəm, siyasət, iqtisadiyyat, idman, sağlamlıq, mədəniyyət, sənət, son dəqiqə xəbərləri sizlərə çatdırırıq. Hələ də abunə olmamısınızsa, Azərbaycan və dünyadan ən yeni xəbərlər üçün Xəbər Zamanı kanalımıza abunə olun. Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərə bilərsiniz. +994998888995 (Whatsapp) Reklam və Əməkdaşlıq üçün əlaqə nömrəsi: +994998888995 (Whatsapp) #XeberZamanı #xeberler #havar xəbər zamanı, xəbərlər bugün, xəbər zamanı yeni xeberler, xəbər zamanı xeberler, xeber zamani Videoyla bağlı problem olarsa ŞİKAYƏT etməzdən öncə bizə yazmağınızı xahiş edirik. Ən son Xəbərləri Sizlərə çatırmaq üçün 7/24 xidmətinizdəyik. Xəbər Zamanı - Bütün Hüquqlar Qorunur © ☑
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov bakalavriat və magistratura səviyyələrində keçirilən yaz semestrinin imtahan sessiyasının gedişatı ilə tanış olub. Auditoriyalarda tələbələrlə səmimi söhbət aparan Havar Məmmədov imtahan suallarının tərtibi, BMU-da tədrisin səviyyəsi, keyfiyyəti və s. məsələlərlə bağlı onların fikirləri ilə maraqlanıb. Tələbələrlə söhbətində universitetdə əsas hədəfin yüksəkixtisaslı, savadlı və peşəkar kadr hazırlığına yönəldiyini deyən rektor tələbə biliyinin qiymətləndirilməsində ədalət, şəffaflıq və obyektivlik kimi meyarların əsas götürüldüyünü vurğulayıb və tələbələrə imtahanlarda müvəffəqiyyətlər arzulayıb. Auditoriyalara baxış zamanı rektora imtahanların qüvvədə olan normativ sənədlər əsasında və təlimata uyğun təşkili üzrə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, sessiya ilə bağlı imtahan keçiriləcək bütün auditoriyalarda müvafiq texniki və təşkilati işlər vaxtında tamamlanıb, imtahan zallarında tələbələrin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Bundan əlavə, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan prosesinin imtahan zallarında quraşdırılmış müşahidə kameraları vasitəsilə daim izlənilməsi, tələbələrin imtahanlarda iştirakı zamanı universitetdaxili tələb və qaydalarla əvvəlcədən tanış edilməsi istiqamətində işlərin görüldüyü qeyd edilib. Sonra Qərargah və Apelyasiya komissiyasının fəaliyyəti ilə tanış olan Havar Məmmədova daxil olan müraciətlərin operativ araşdırılması, cavab kağızlarının kodlaşdırılması, eləcə də müəllimlər tərəfindən yoxlanılmasının icrası, imtahan nəticələrinin imtahanın keçirildiyi gün universitetin Elektron Məlumat Sisteminə daxil edilməsi və s. məsələlərlə bağlı görülən işlər təqdim olunub. Rektor Apelyasiya komissiyasına daxil olan hər bir müraciətə çevik baxılması mexanizmlərinə diqqətin artırılması, o cümlədən imtahan nəticələrinin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, hər iki təhsil pilləsi üzrə əyani formada təşkil olunan imtahan sessiyası iyul ayının 5-də başa çatacaq.
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Prezident təqaüdünə layiq görülən, 691.3 balla BMU-nun ingilis dili üzrə Kompüter elmləri ixtisasını seçən Leyla Məmmədlini təbrik edib. Bu münasibətlə keçirilən görüşdə Prezident cənab İlham Əliyevin “2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan rektor Havar Məmmədov təqaüdə layiq görülənlər arasında BMU tələbəsinin yer almasının sevindirici hal olduğunu bildirib. Ölkədə təhsilə və gənclərə göstərilən böyük diqqət və qayğıdan danışan rektor qeyd edib ki, sözügedən təqaüdün təsis olunması məhz tələbələrə dövlət qayğısının daha da gücləndirilməsi, onların təhsil alması üçün əlverişli şərait yaradılmasının təmin edilməsi, eyni zamanda təhsilə olan həvəslərinin artırılması məqsədi daşıyır. Universitet üzrə statistik rəqəmlərə də diqqət çəkən rektor cari ildə BMU-ya daxil olan tələbələr arasında 600 baldan yuxarı bal toplayan abituriyentlərin sayının iki dəfədən çox artdığını bildiirb. Rektor tələbələrə əldə edilən nailiyyətlərin davamlı olması üçün təhsilə, tədrisə bundan sonra da diqqətlə yanaşmalarını və daha əzmlə çalışmalarını tövsiyə edib. Öz növbəsində Prezident təqaüdçüsü L.Məmmədli belə bir mötəbər siyahıda adının olmasından qürur duyduğunu bildirib və öz sevincini tədbir iştirakçıları ilə paylaşıb. BMU tələbəsi dövlətimizə layiqli bir vətəndaş olmaq üçün qarşısına qoyduğu məqsədlər uğrunda daha səylə çalışacağını fikirlərinə əlavə edib. L.Məmmədliyə və onun timsalında Sərəncamın şamil olunduğu bütün tələbələrə bir daha uğurlar arzulayan rektor Havar Məmmədov sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib. İctimaiyyətlə əlaqələr şöbəsi
- ATU-nun keçmiş rektorunun 100 milyon dəyərində əmlakı…. Prorektorlar da Havar müəllimdən geri qalmır…. Rüşvət və korrupsiya ilə bağlı yazıları yazanda illər öncə oxuduğum bir fikir yadıma düşdü. Adını unutduğum alimlərdən biri qeyd edir ki, korrupsiya dünyanı, bəşəriyyəti təhlükəli vəziyyətə salacaq. Bu gün bəşəriyyət necə ki, adi bir koronavirusun əlində əsir-yesir olub haa....bax, ondan 100 dəfə təhlükəlisi korrupsiyadır. Yəni söhbət təkcə Azərbaycandan getmir, bütün ölkələr korrupsiyaya bulaşıb. Amma... Əmması odur ki, Azərbaycanda adi bir universitet rektorunun varidatına nəzər salanda adamın ayaqlarının altından az qala yer qaçır, torpaq sürüşür. Adam düşünür ki, ilahi, alim adı daşıyan, dövlətdən konkret olaraq 1000-1500 manat maaş alan, allah qoymasa, adını ziyalı qoyan rektor bu 100 milyonları necə qazanıb ? Daha dorğusu, qazanıb yox ee, necə, hansı yolla əldə edib..? Görəsən, bu adam universitet rektorudur, yoxsa..? Lətifəsi Havar müəllimdən uzaq olsun, təkcə onu demirik ee...əlisi belə, vəlisi belə, qırılmşın hamısı belə... Nə isə, keçək konkret olaraq rektor Havar Məmmədovun biznes dünyasına. Qısa məlumat üçün qeyd edək ki, Havar Məmmədov 2000-ci ildən 2016-cı ilədək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olub. Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə pul kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara icarəyə vermişdi. Yəni bu adam üçün əsas puldur. Deyilənə görə uzun illər ATU-sda “3” qiyməti 50 manat, “4” qiyməti 80 manat, “ 5” qiyməti 120 manat, dövlət imtahanlarının qiyməti isə 500 manat olub. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor bütün bunları hansı pulla əldə edib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı. Hətta onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Ki, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılsın. Amma… Birdən Fətullah Gülən məsələsi ortaya çıxdı və Qafqaz Universitetini Havar müəllimə verdilər. Sözün düzü, Qafqaz universitetini Havar müəllimə vermək, təhsilə, elmə.....ironiya idi. Bəli, Havar Məmmədov 2016-cı ilin sentyabrından 2017-ci ilin martınadək Qafqaz Universitetinin rektoru vəzifələrində çalışıb. Sonradan Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tabeçiliyinə verilib. Amma az vaxt sonra həmən universitetin bazasında yeni bir ali məktəb, Bakı Mühəndislik Universiteti yaradılıb. Və rektoru Havar Məmmədov olub. Həə, ən maraqlısı odur ki, saytlarda yayılan məlumata görə, Havar Məmmədov Bakı Mühəndislik Universitetinin ( BMU ) həyətini satır, icarəyə verir, hətta elan saytlarında universitetin 20 hektar ərazisində arpa-buğda əkiləcəyi ilə bağlı xəbər də var. Vallah deyəsən Havar müəllim Azərbaycan təhsilinin başında turp əkəcək. İndi görək, Havar Məmmədovun müavinləri, yəni prorektorlar hansı oyunlardan çıxırlar. İlk öncə BMU-nin Tədris işləri üzrə prorektoru Həmzağa Orucovdan başlayaq. Bu adam BMU-ində boz kardinal kimi tanınır. Və əsasən işə qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır. İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan Bayram Hüseynzadədir. Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər. Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi isə Elçin Zeynalov olub. Hazırda rəhmətə getdiyi üçün Havar Məmmədov onun yerinə bir nəfəri otuzdurub və onun əli ilə… Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını, mebel və başqa inventarların alınması ilə pulların silinməsini həyata keçirir. Digər prorektorlar, Elmi işlər üzrə prorektor Elçin Süleymanov və Beynəlxalq əlaqələr üzrə prorektor Manafəddin Namazovun barəsində də redaksiyamıza ilginc məlumatlar daxil olub. Hazırda araşdırırırq. Universitetin tədris müdiri ilə cavan müəlliməyə münasibəti, mühafizə rəisinin xanımlarla dostluğu, idman müəlliminin 1-ci kurs tələbəsi olan qıza təklifi və s...barədə çox yazıldığı üçün təkrarçılıq etmirik. Bircə onu deyirk ki, Havar müəllimin universitetdə yaratdığı ab-hava təkcə təhsilin səviyyəsinə deyil, həm də tələbələrin tərbiyəsinə də pis təsir edir. Yazıda müxtəlif saytlarda dərc olunmuş materiallardan istifadə edilib.
Havar Məmmədovun prorektorlarının qanunsuz əməlləri... Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov haqqında ölkə mediasında o qədər yazılıb ki, təkrarlamağa adam tənbəllik edir. Amma bir neçəsini yada salaq. Ən son məlumat odur ki, Bakı Mühəndislik Universitetinin ( BMU ) həyəti satılır, kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib. Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub. Görəsən burada təəccüblü, sensasiyalı nə var ki ? BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam alim, ziyalı olmaqdan çox satmaqla məşğul olub, yəni biznes adamıdır. Belə ki, universitetin idman zalını itboğuşduranlara icarəyə verən Azərbaycan Texniki Universitetinin sabiq rektoru Havar Məmmədovu tanımayan yoxdur. Bu adam 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olub. Bu adam tələbələrə pul mənbəyi kimi baxıb. Havar Məmmədov ATU-da rektor olarkən “3” qiyməti 50 manata, “4” qiyməti 80 manata, “ 5” qiyməti 120 manata verilirdi. Dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Saytların yazdığına görə, son bir neçə həftədə BMU-nin binasında müəllimlə dekan arasında olan isti münasibətlərə də toxunmaq istəmirik. Bu mövzu konkret olaraq BMU-nin prorektorları ilə bağlıdır. İlk öncə BMU-nin Tədris işləri üzrə prorektoru Həmzağa Orucovdan başlayaq. Bu adam BMU-ində boz cardinal kimi tanınır. Və əsasən işı qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır. İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan Bayram Hüseynzadədir. Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər. Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi isə Elçin Zeynalov olub. Hazırda rəhmətə getdiyi üçün Havar Məmmədov onun yerinə bir nəfəri otuzdurub və onun əli ilə… Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını, mebel və başqa inventarların alınması ilə pulların silinməsini həyata keçirir. Digər prorektorlar, Elmi işlər üzrə prorektor Elçin Süleymanov və Beynəlxalq əlaqələr üzrə prorektor Manafəddin Namazov barədə növbəti yazıda bəhs edəcəyik. P.S Köməkçi ilə katibənin yaxın münasibətləri həmişə işin xeyrinə olur Havar Məmmədov.
Görüşdə rektor, Ulu öndərin təhsilə olan diqqət və qayığısından söz açıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. O, təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. Rektor tələbələrlə görüşdə onların uğurlarına sevindiyini dilə gətirdi və Magistir imtahanının ikinci turunda da yüksək nəticələr göstərmələri üçün uğurlar arzuladı. Onu da qeyd edək ki, hər iki tələbə Bakı Mühəndislik Universitetinin tələbəsidir. Qalib Sarayev Magistratura imtahanının I mərhələsində mümkün 100 baldan 99 bal toplayıb. Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyi qızıl medalla bitirib, 667 balla ali məktəbə daxil olub. Yaşar Nəsibov Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbi qızıl medalla bitirib, 679 balla ali məktəbə qəbul olub. 5 il ərzində Prezident təqaüdü alıb. Sonra söz Qalib Sarayev və Yaşar Nəsibova verildi. Tələbələr öz növbəsində rektora təşəkkürlərini bildirdilər. Sonda rektor tərəfindən tələbələrə göstərdikləri nəaliyyətlərə görə təşəkkürnamə təqdim olundu.
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ali təhsil ocağında davam edən payız semestrinin qış imtahan sessiyasının gedişini izləyib. Havar Məmmədov imtahan suallarına baxış keçirərək tələbələrlə söhbətləşib, fikirlərini dinləyib və onlara uğurlar arzulayıb. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini vurğulayan rektor imtahanların mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb. Havar Məmmədov imtahan sessiyasının gedişinə nəzarət etmək, daxil olan şikayətlərin dərhal araşdırılmasını, cavab kağızlarının kodlaşdırılmasını, həmçinin müəllimlər tərəfindən yoxlanılmasını icra etmək üçün formalaşan Qərargah və işçi qrupunun fəaliyyəti ilə də yaxından tanış olub. Bildirilib ki, imtahan sessiyanın şəffaf və mövcud qaydalara əsasən keçirilməsi məqsədilə öncədən bütün texniki tədbirlər yüksək səviyyədə icra olunub. Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə bütün qiymətləndirmə məlumatları imtahana kimi sistemdə yerləşdirilib. İmtahan nəticələri imtahan keçirilən gün fənn müəllimləri tərəfindən dərhal elektron sistemə daxil edilir. İmtahan nəticələrindən narazı qalan tələbələrin apellyasiya komissiyasına müraciət etmələri üçün geniş imkanlar yaradılıb. Qeyd edək ki, BMU-da fevralın 1-dək davam edəcək qış sessiyasında ümumilikdə 1273 imtahanın keçirilməsi nəzərdə tutulub.
Hər kəsə Salam! Ən Son xəbərləri ən tez izləmək üçün kanalımıza abunə olun ➡️Ən son xəbərləri bizdən izləyin. ➡️Gündəlik xəbərləri bizdən izləyin. ➡️Ölkədə və dünyada baş verən ən son hadisələri bizdən izləyin. ➡️Günün xəbərlərin bizdən izləyin. ☑️KANALIMIZA ABUNƏ OLUN...Abunə olarkən zınqırov 🔔 işarəsini basmağı unutmayın. ☑️Reklam təklifləri üçün: tebrizelsever🤍gmail.com adresinə yaza bilərsiniz.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov universitetdə fəaliyyət göstərən “Tələbə teatrı” studyası, rəqs, musiqi və bədii özfəaliyyət kollektivlərinin üzvləri ilə görüşüb. Rektor Havar Məmmədov, onların istər universitet daxilində istərsə də universitetdən kənarda olan fəaliyyətlərindən razılığını bildirib. Qeyd edib ki, bədii özfəaliyyət kollektivi universitetimizi dövlət tədbirlərində və festivallarda layiqli təmsil edirlər. Bu kollektivlərdə fəaliyyət göstərən tələbələrin ən üstün tərəflərindən biri odur ki, onlar sosial fəaliyyətlə yanaşı dərslərini də yüksək qiymətlə oxuyurlar. Rektor klubların fəaliyyətinin daha da yaxşı olması üçün müvafiq tapşırıqlar verib. Tədbirdə həmin kollektivlərin son bir ildəki uğurları qeyd olunub, tələbələr və onların müəllimləri universitet tərəfindən fəxri fərmanla təltif olunublar. Sonda universitetin mədəniyyət şöbəsinin müdiri Zəminə Axundova və tələbələr diqqətə görə rektor Havar Məmmədova minnətdarlıqlarını bildiriblər.
Bakı Mühəndislik Universitetində (BMU) 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 104 il bundan öncə, 1918-ci il mayın 28-də Azərbaycan millətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası yaratdığını xatırladıb və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qədim dövlətçilik ənənələrinə malik xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Cəmi 23 ay mövcud olmuş Xalq Cümhuriyyətinin gördüyü böyük işlərdən bəhs edən rektor təəssüflə bildirib ki, həmin dövrdə olduqca mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq mümkün olmayıb. Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri nəzərə çatdıran ali təhsil ocağının rəhbəri yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda daxili ictimai-siyasi sabitliyin yarandığını deyib. Tarixi proseslərin müstəqilliyin qoruyub saxlamağın daha çətin, məsuliyyətli bir iş olduğunu bildirən Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyimizin əbədi olması üçün qətiyyətli addımlar atdığını, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini, hərbi sənayemizin qurulduğunu, bütün sahələrdə əsaslı islahatlar aparıldığını, bir çox taleyüklü enerji layihələrinə imza atıldığını vurğulayıb. Ulu Öndərin layiqli varisi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi, iqtisadi və sosial islahatların uğurla gerçəkləşdirdiyini fikirlərinə əlavə edən Havar Məmmədov keçən qısa zaman kəsiyində qazanılmış mühüm nailiyyətləri sadalayıb. Ötən illər ərzində Azərbaycanın hərbi, iqtisadi qüdrətinin daha da artdığını önə çəkən rektor 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin kökündə Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu, milli birlik strategiyasının, bu dövrdə yetişdirilən vətənpərvər gəncliyin misilisiz qəhrəmanlıqlarının dayandığını bildirib. Azərbaycan xalqının artıq iki ildir ki, Müstəqillik Gününü daha qürurlu şəkildə, qalib xalq kimi qeyd etdiyini deyən Havar Məmmədov ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü dövrünü yaşadığını söyləyib. Çıxışının sonunda Müstəqillik Günü münasibətilə ən xoş diləklərimi çatdıran, gənclərə tövsiyələrini verən rektor doğma Azərbaycanımızın dövlət müstəqilliyinin əbədi olacağını vurğulayıb. Bayram tədbiri BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə davam edib, universitet tələbələrinin ifasında mahnı və rəqslər təqdim olunub. Tədbir çərçivəsində BMU-nun Memarlıq və inşaat fakültəsinin 1-ci kurs tələbəsi Aysun Mustafazadənin vətənpərvərlik və digər mövzularda əl işlərindən ibarət əsərlər də nümayiş edilib. İctimaiyyətlə əlaqələr şöbəsi
Bakı Mühəndislik Universitetində növbəti imtahan sessiyası davam edir. Təhsil nazirinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinə uyğun olaraq, imtahana hazırlıq işləri yüksək səviyyədə icra olunub. Bununla əlaqədar olaraq universitetin rektoru, professor Havar Məmmədov auditoriyalarda imtahanların gedişini izləyib. Universitetdə tələbələrin tədrisi üçün geniş imkanların yaradıldığını bildirən rektor sessiyanın şəffaf, obyektiv, qərəzsiz və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb. Rektor imtahan prosesi ilə bağlı tələbələrin təkliflərini dinləyib və onlara imtahanlarda uğurlar arzulayıb. Havar Məmmədov imtahan sessiyasının gedişinə nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə yaradılan Qərargahın və Apellyasiya Komissiyasının işi ilə də yaxından tanış olub. Qeyd edək ki, imtahan sessiyası fevralın 1-nə qədər davam edəcək və bu müddət ərzində ictimaiyyət nümayəndələri, valideynlər imtahanların gedişini müşahidə etmək imkanına malikdirlər.
Hörmətli izləyicilər "Sahmar Hacıyev " Youtube Kanalına Xoş Gəlmisiniz. Sahmar Haciyev & Ulker Mirzezade - Qayıt Nə Olar ( Yeni İfa 2023) İxtiyarnızdadı. ≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔ Musiqi: Ylber Aliu Söz : İfrat Dünyamalıyev ( Dəyişiklik Ülkər Mirzəzadə) Sintez: Coşqun Raufoğlu Ud :İdris Hüseynov Aranjiman :İdris Hüseynov klip : Mahir Təşkilatı Dəstek : Cavid Qurbanov Pr Managar : 🤍SamiIsmayilli Sözlər Yazılıb sətir-sətir , Mənim nəğmələrimdə , Vurduğun hər yaralar. Həyat hər dönüşündə , Məni məhv edişində , Acı həqiqət durar. NƏQARƏT : Daha tez gəlsin ölüm, Sənsiz yox dərdə dözüm, Getmə qayıt nə olar. Sənlə keçən günlərim, Olub mənə ən dərin, Gec sağalan yaralar. Get eybi yox dönmə geri, Biçarə bu dərdliyi, Axtarma sən nə olar. Həyatım darma duman, Gecələrim ahu fəğan, Uçurumdur buralar. #sahmarhaciyev #ulker #ulduzmuzik #qayitneolar #samiismayilli #musicvideo #mahnilar #muzik ≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔ YouTube channel managed by Sami İsmayilli © 2023 Sami İsmayilli ℗ 2022 Sahmar Hacıyev © Bütün müəllif hüquqları " SM MEDIA GROUP LLC " tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir.
Rehim Hüseynov Reqemsal Platformlarda! Spotify: 🤍 Apple Music: 🤍 Deezer: 🤍 Musiqi: Rehim Huseynov Söz: Yadullan Nəhmətov Aranjıman: Elnur Cebiyev Turk sazı: Ramin Qulamov Vokal Ses: Elvin Kerimov Menecer: Röyal Heşri Yönetmen: Röyal Heşri Əlaqe ve Whatsapp Röyal Heşri: +994 (051) 881 18 21 Yayım hukukları “Esa müzik” şirketine aitdir. Esa müzik ©️ 2023 YouTube hesabı "SNA - Social Network Agency" tarafından korunmaktadır.! Şarkı ve clipin başka kanallarda yayınlanması yasaktır.! Aksi takdirde şirket tarafından kanalı şikayet olur.! Rehim Hüseynov Sosial Mediada! İnstagram: 🤍 TikTok: 🤍 Facebook: 🤍 #rehimhuseynov #rəhimhüseynnov
Bakı Mühəndislik Universiteti (BMU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adı altında əmək yarmarkası keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Sənan Məmmədzadə tədbirin önəmini vurğulayıb. Müasir dövrdə mühəndislik ixtisasları üzrə peşələrə ciddi ehtiyac duyulduğunu qeyd edən filial müdiri yarmarka barədə ümumi məlumatları nəzərə çatdırıb. BMU-nun rektoru, professor Havar Məmmədov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məşğulluq sahəsində davam etdirilən islahatların uğurlu nəticələr verdiyini vurğulayıb. Qlobal iqtisadi inkişaf fonunda müasir dövrün çağırışları və əmək bazarının tələbatına uyğun universitetdə rəqabətqabiliyyətli kadr hazırlığı üzrə aparılan işlərdən danışan rektor son illər BMU-da əmək bazarında daha çox ehtiyac duyulan 15 yeni ixtisasın açıldığını bildirib. Ali təhsil ocağında ikili diplom proqramının tətbiqinin, ingilis dilinə üstünlük verən tədris sisteminin mövcudluğunun keyfiyyətli kadr yetişdirilməsində mühüm rol oynadığını fikirlərinə əlavə edən Havar Məmmədov məzunların işlə təmin olunması məqsədi ilə universitetlərlə özəl və dövlət qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib. Universitetdə yaradılan elektron bazada bütün tələbələrlə bağlı məlumatların yer aldığını, məzunların işlə təminatı göstəricisinin yüksək olduğunu deyən rektor, həmçinin məzunların bir qisminin dünyanın nüfuzlu şirkətlərində işlədiyini bildirib. Havar Məmmədov tələbələrin karyeralarının gələcəkdə inkişaf etdirilməsi yönündə atılan addımlara da toxunub və BMU-da təşkil edilən əmək yarmarkasının məzun və tələbələr üçün faydalı olacağına inandığını söyləyib. Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Məşğulluğa Kömək Göstərən Ələqələndirmə Komitəsinin sədri Yusif Sadıqov iqtisadiyyatın inkişafında məşğulluq sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Əmək yarmarkası iştirakçıları arasında qazilərin olduğunu da söyləyən birinci müavin RİH tərəfindən şəhid ailəsi üzvləri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını, onların sosial qayğıları, məşğulluğunun təminatı, yaşayış imkanlarının artırılmasının həllinə dəstək olmaq məqsədi ilə görülən tədbirlərin davam etdirildiyini bildirib. Əmək yarmarkasının ölkənin qabaqcıl universitetlərindən biri kimi BMU-da təşkil olunmasını yüksək dəyərləndirən Yusif Sadıqov bu tədbirin universitet tələbə və məzunları üçün də uğurlu nəticələnəcəyinə şübhə etmədiyini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev çıxışında təhsilin keyfiyyəti və kadrlarının peşəkarlığı ilə seçilən BMU ilə birgə təşkil olunan əmək yarmarkasının əhəmiyyətindən söz açıb. Ölkənin iqtisadi inkişafının daim yüksələn dinamikasının kadr hazırlığı ilə uzlaşmasının önəminə toxunan Cəmaləddin Quliyev xüsusən IV Sənaye inqilabı fonunda əmək bazarının yeni şərtlər və tələblər irəli sürdüyünü bildirib. Yarmarkada 44-dən artıq aparıcı şirkətin 500-dən çox vakansiya ilə iştirak etdiyini nəzərə çatdıran sədr müavini tədbirin iştirakçılar üçün faydalı olacağına, eyni zamanda seçilən peşəkar kadrların ölkə iqtisadiyyatına töhfə verəcəyinə ümidvar olduğunu deyib. Çıxışlardan sonra yarmarkaya baxış keçirilib, şirkət təmsilçiləri və tələbələrlə söhbət edilib. Yarmarkada tələbələr və məzunlar üçün iş, təcrübə imkanları təqdim olunub, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı yaradılıb. İctimaiyyətlə əlaqələr şöbəsi
Afshin Azari - Canım Qurtarsın Əlindən 2023 (Yeni Klip) Söz: Afshin Azari, Cəzahir Musiqi: Afshin Azari Aranjiman: Afshin Azari Rejissor: İlqar Rüstəm PR Menecer: Nadir Kərimov "Canım Qurtarsın Əlindən" - Sözləri (lyric) Gücüm çatmır, gücüm çatmır Mənə bu dərd ağırdı Axı mən eşqə düşməzdim Sənin qəlbin çağırdı Mənə canım deyən yerdə O dilin lal olaydı bu dilin lal olaydı bu dilin lal olaydı Xəyalından keçən şeylər Elə xəyal olaydı elə xəyal olaydı elə xəyal olaydı Atım şəklin əlim gəlmir Nə sözlər var dilim gəlmir Zamansız bir ölüm gəlmir Canım qurtarsın əlindən Bölünsün bəxtimiz yarı Yaxın gəlmə mənə sarı Ürəy qurtarmadı barı Canım qurtarsın əlindən Nələr çəkdim, nələr çəkdim Bu sevdanın yolunda Nə dərdim var unutmuşdum Ay insafsız qolunda Bilirsən heç nələr çəkdim Bu sevdanın yolunda Nə dərdim var unutmuşdum Ay insafsız qolunda Atım şəklin əlim gəlmir Nə sözlər var dilim gəlmir Zamansız bir ölüm gəlmir Canım qurtarsın əlindən Bölünsün bəxtimiz yarı Yaxın gəlmə mənə sarı Ürəy qurtarmadı barı Canım qurtarsın əlindən Afshin Azari - nin ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır! #AfshinAzari #CanimQurtarsinElinden #AfshinAzari2023
Habil Məmmədov və şagirdləri - Dəşti Təsnifi 2023 Yeni mahnılarımı qaçırmamaq üçün, kanala abunə olmağı unutmayın. Habil Məmmədov'un rəsmi instagram hesabı: 🤍 Habil Məmmədov'un ifa etdiyi bütün audio və video məzmunlar "RM Media" tərəfindən qorunur. © 2023. All rights reserved #şiiregazale#dəştitəsnifi
Qafqaz Universitetində Əcnəbi tələbələrlə görüş keçirilib Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb. Rektor tələbələrin tədris və yaşayış şəraiti ilə maraqlanıb. Azərbaycanın Multikultural ölkə olduğunu, burada özlərini rahat aparmalarını diqqətə çatdırıb. Universitet daxilində də müəllim–tələbə münasibətlərinin valideyn-övlad münasibəti qədər yaxın olmasını bildirən rektor, hər zaman onları qəbul etməyə, problemlərinin həll olunmasına yardım etməyə hazır olduğunu bildirib. Universitetdə tələbələr üçün hazırlanan şərait haqqında ətraflı məlumat verən rektor, yataxanalarda tələbələr üçün təşkil olunan şəraitin yaxşı mütəxəssis kimi hazırlanmalarındakı rolundan danışıb. Professor Havar Məmmədov əcnəbi tələbələrin universitetin ictimai həyatında fəal olmalarını tövsiyyə edib. Qeyd edib ki, Beynəlxalq Tolerantlıq günü ilə əlaqəli keçirilən dövlət tədbirində Özbəkistanlı tələbəmizin rəqs etməsi təqdirəlayiq haldır. Rektor tələbələrin suallarını cavablandırıb və onların problemlərinin həll olunması üçün prorektorlara tapşırıqlarını verib. Tədrisin təşkilindən və kampusda tələbələr üçün təşkil olunan şəraitdən məmnunluq edən əcnəbi tələbələr professor Havar Məmmədova təşəkkür ediblər. Sonra Əcnəbi tələbələrə universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Asəf Əhmədov tərəfindən Orientasiya və Miqrasiya sahəsində maarifləndirici seminar verilib. Seminarda Əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması, Dövlət rüsumları haqqında qanunvericilikdə nəzərdə tutulan qaydalardan danışılıb.
Bakı Mühəndislik Universitetində (BMU) Hesablama Palatasının rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə BMU-nun yuxarı kurs tələbələri, müvafiq struktur rəhbərləri iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı faciəsinin günahsız qurbanlarının, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor, professor Havar Məmmədov gənc ali təhsil ocağı olan BMU-nun fəaliyyəti, əldə etdiyi nailiyyətlərlə bağlı qonaqları məlumatlandırıb. Universitetdə Azərbaycan və ingilis dillərində tədris olunan ixtisaslar barədə danışan rektor müasir bazar iqtisadiyyatının tələbləri, eyni zamanda, təhsil sisteminin beynəlxalq standartları əsasında rəqabətqabiliyyətli kadrların yetişdirilməsi üzrə həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Məzunların işlə təmin edilməsi sahəsində BMU-nun yüksək göstəricilərə malik olduğunu, onların dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirmələri ilə yanaşı, nüfuzlu şirkətlərdə çalışma imkanı qazandıqlarını vurğulayan Havar Məmmədov özəl və dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini bildirib. Bu baxımdan nüfuzlu ali audit orqanı Hesablama Palatası ilə əməkdaşlığın önəminə diqqət çəkən Havar Məmmədov belə bir əməkdaşlığın qürurverici olduğunu vurğulayıb. Rektor əlaqələrin inkişafının BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələri üçün geniş imkanlar yaradacağına əminliyini ifadə edib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından atılan addımlar, gerçəkləşdirilən islahatlar və yüksəkixtisaslı kadrlara tələbatla bağlı fikirlərini paylaşıb. Ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsinə önəm verdiklərini qeyd edən Palata sədri BMU ilə əməkdaşlığın qurulmasının faydalı olacağını bildirib. Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandumun əsas istiqamətlərinə toxunan Vüqar Gülməmmədov BMU müəllim və tələbələrinin müvafiq layihəyə cəlb olunmasına maraq göstərdiklərini vurğulayıb. Palata sədri təhsil göstəriciləri yüksək olan tələbələr üçün müvafiq təlimlərin təşkili, təlimləri uğurla başa vuran məzunların Hesablama Palatasında işlə təminatı mərhələlərindən danışıb. Sonra Hesablama Palatasının əməkdaşları təmsil etdikləri qurumun fəaliyyəti ilə bağlı geniş təqdimatlarla çıxış ediblər. İnteraktiv formada davam edən görüşdə tələbələrin sualları cavablandırılıb. Eyni zamanda, tələbələr üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərin həyata keçirilməsi, ixtisaslı kadr hazırlığını təşkilinə və birgə əməkdaşlığın genişləndirilməsinə dəstəyin göstərilməsi, istedadlı tələbələrin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması kimi məsələlərə aydınlıq gətirilib. İctimaiyyətlə əlaqələr şöbəsi
Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi partiya təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Müstəqilliyimizi əbədiləşdirən görkəmli dövlət xadimi” mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Ümummilli Liderin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqil dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz tarixi xidmətləri, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyi dövründə xilasedici missiyası haqda geniş danışıb. Rektor dahi şəxsiyyətin həyatını bütünlüklə xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılması və inkişaf etdirilməsinə, həmçinin dövlət suverenliyinin gücləndirilməsi və iqtisadi potensialının yüksəlişinə həsr etdiyini vurğulayıb. Havar Məmmədov bildirib ki, xalqının ən çətin günlərində hər zaman onun yanında olan Ulu Öndər gələcəyə istiqamətlənmiş uzaqgörən, müdrik siyasəti və səriştəli rəhbərliyi nəticəsində qəti addımlar ataraq, kompleks inkişaf proqramlarının, geniş islahatların həyata keçirilməsinə nail olub, dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradıb. Rektor bütün sahələrin inkişafını daim diqqətdə saxlayan Ümummilli Liderin elm və təhsil sistemində həyata keçirdiyi böyük işlərdən, xaricdə təhsil əsasında yeni mütəxəssislər ordusunun məhz azərbaycanlı kadrlar hesabına formalaşdırlması istiqamətində apardığı yorulmaz fəaliyyətdən söz açıb. Bu gün Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi yolla qətiyyətlə addımladığını deyən Havar Məmmədov xalqın yaddaşında əbədiyyət qazanan dahi şəxsiyyətin bütün arzu və ideyalarının, eyni zamanda demokratik, hüquqi, dünyəvi və qüdrətli dövlət quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin böyük əzmlə həyatının bütün mərhələlərində ölkəmizin davamlı inkişafı naminə çalışdığını diqqətə çatdırıb, son yarıməsrlik tarixdə əldə etdiyimiz nailiyyətlərin müəllifinin Ulu Öndər olduğunu bildirib. Özünün gənc yaşlarında əmək fəaliyyəti ərzində Ulu Öndərlə görüşlərdəki xatirələrini tədbir iştirakçıları ilə paylaşan Abdin Fərzəliyev zaman ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, dövlətimiz qarşısında xidmətlərinin daha dərindən dərk edildiyini vurğulayıb. İcra başçısı çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, şanlı və parlaq qələbənin təməlinin məhz Ümummilli Liderin uzaqgörən siyasəti ilə qoyulduğunu bildirib və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin qətiyyətli iradəsi sayəsində bütün sferalarda əldə olunan mühüm uğurları, dövlət quruculuğumuzun stabil və sabit inkişafı üçün atılan addımları nəzərə çatdırıb. Elm və Təhsil Nazirliyinin tabeliyində Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov müasir dövlətçiliyimizin əsaslarını qoyan, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin dərin siyasi və iqtisadi tənəzzüldən, həmçinin ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilası yolunda apardığı davamlı və qətiyyətli fəaliyyətindən ətraflı danışıb. Milli dövlәtçilik məfkurəsinə hər zaman sadiq qalaraq, Vətəninin ən çətin illərində tarixi missiyanı üzərinə götürən və bu öhdəliklləri şərəflə tamamlayan Ulu Öndərin dünya siyasi arenasında danılmaz nüfuzunun təsirindən söz açan akademik 2004-cü ildən Heydər Əliyev fenomeninin titanik fəaliyyətinin tədqiqi və araşdırmaları ilə məşğul olduğunu, bu tədqiqatların “Liderlik fəlsəfəsi”, “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri”, “Ulu Öndərin neft və neft strategiyası” adlı kitablarında yer aldığını deyib. Tədbirin sonunda YAP sıralarına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. İctimaiyyətlə əlaqələr şöbəsi
Şirkət nümayəndələri ilk öncə Bakı Mühəndislik Universitetinin rektor səlahiyyətlərini icra edən professor Havar Məmmədovla görüşüblər. Görüşün məqsədi universitetin müəllim və tələbə heyəti ilə görüşüb, kompüter elminin tədrisində çağırışları və yeni imkanları müzakirə etmək idi. İlk öncə qonaqlara universitet haqqında geniş məlumat verən professor Havar Məmmədov, universitetin şirkətlərlə əməkdaşlığının da önəmini vurğulayıb. Algoritmika şirkətinin nümayəndələri öz növbəsində Bakı Mühəndislik Universitetində olmaqdan məmnnluqlarını bildiriblər. Görüşdə eyni zamanda Bakı Mühəndislik Universitetinin yuxarı kurs tələbələrinin və müəllimlərin orta məktəblərdə informatika fənninin tədrisini gücləndirilməsi fəaliyyətinə cəlbi imkanları da müzakirə olunub. Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq üçün auditoriyaları gəzib, ən son kompyuterlərlə təchiz olunmuş laboratoriyalarda olublar, tələbələrlə görüşüblər. Şirkət nümayəndələri tələbələrə şirkət haqqında məlumat verib və tələbəri şirkətin həyata keçirtdikləri layihələrdə yaxından iştirak etməyə çağırıb. Ümumilikdə Algoritmika şirkətinin Azərbaycana səfərinin məqsədi isə informatika fənninin orta məktəblərdə tədrisinə dəstək vermək yollarını müzakirə etməkdir.
Körfəz Ərəb Dövlətlərinin universitetlərindən 90 nəfərlik nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olublar. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edib. Rektor ölkəmizdə təhsilin səviyyəsindən və ölkə başçısı İlham Əliyevin ali təhsil müəssisələrinə, eləcə də kadr hazırlığına diqqət və qayğısı barədə ətraflı məlumat verib. Universitetin maddi-texniki bazası, tədris sistemi, tələbə həyatı və beynəlxalq əlaqələri barədə danışan professor Havar Məmmədov bildirib ki, BMU dünyanın bir çox qabaqcıl universitetləri ilə də əməkdaşlıq edir. Tədbirdə BMU-nun tədris fəaliyyətini əks etdirən video çarx nümayiş olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb. Daha sonra qonaqlar universitetin foyesində təşkil olunan sərgini ziyarət ediblər. Sərgidə qonaqlara tələbələrin əl işi olan Azərbaycanın mədəniyyət nümunələri və elmi layihələr təqdim edilib. BMU-nun texnoparkı, laboratoriyaları və yataqxanaları ilə tanış olan qonaqlar universitet haqqında yüksək təsurat əldə etdiklərini bildiriblər. Təmsil olunan universitetlərin nümayəndələri dəvətə və yüksək təşkilatçılığa görə BMU rəhbərliyinə təşəkkür ediblər.
Hazırsız? Mütləq baxın və paylaşın! Dəhşətə gələcəksiniz! Azərbaycan "acgöz" məmurlarımız tərəfindən işğal olunub! Yeni araşdırma... İlk dəfə olaraq, nazirin yeni milyonluq villasını sizlərə təqdim edirik. TV-lər qorxur belə videolar göstərməyə!❌ Xalqa məxsus olan pulları, sərvəti kimlər oğurlayır?🇦🇿💰 “Çörək verən” nazirimiz Kəmaləddin Heydərovun “yaşıl saray” adlanan möhtəşəm villası👍🇦🇿💵 Suyun, qazın, işığın qiymətini artırırlar niyə? Vətəndaşlarımızın çoxu acından axşama durur, kimlərinsə 1 tikə çörək almağa belə pulu yoxdu amma bizi idarə edən nazirimiz gündə bir saray tikir.... Heç düşünmüsüz ki, FHN naziri Kəmaləddin bu milyonluq villaları hansı pul ilə tikir? Bəli, bu dəbdəbəli saraylar Azərbaycan xalqın pulları ilə tikilir. Bizə isə sadəcə seyr etmək düşür💵 Azərbaycan büdcəsi belə talanır....Baxın görün büdcədən oğurlanmış xalqın pulları hara xərcələnir, kimlərin cibinə gedir. Bizim milyonlarımızı oğurlayıb sonrada bizim pulumuzdan özümüzə sədəqə verib hormət qazanan nazirimiz.... Xalqa "xidmət" edən nazirimiz ölkənin bir hissəsini rəsmən zəbt edib. Bütün sahələri əlina alıb, monopoliya yaradıb. Bəlkədə nazirin illik gəliri Azərbaycan dövlət büdcəsinə bərabərdir. Hələ yüzlərlə bilmədiyimiz şirkətlər, restoranlar, maşın salonları, villaları var...... Faktlar "SANCAQ MEDİA GROUP" tərəfindən yoxlanılıb. Müəllif hüquqları qorunmalıdır! Mehman Hüseynov rəsmi Facebook:👉 🤍 Instagram: 👉 🤍 SANCAQ facebook: 👉 🤍 Youtube:👉 🤍
Günel Almazova (Canavar Günel) Gunel Almazova-Sanıramki dünəndi bu Skripka- Mərkəz Şuşalı Gitara-Şahpur Aqiloğlu Sintez- Qaqaş Talış Qarmon- Fariz Rövşənoğlu Nağara-Faiq Udarnik- Qaqaş Səs operatoru- Ümid Canlı ifa Astara Siyaku Saniramki dunendi bu Dəyərli izləyicilərimiz sizlərə yeni mahni 2022 təqdim edirik buyrun xoş dinləmələr. Audio-video məzmunun digər kanal və platformalarda paylaşılması qəti qadağandır. ©Bütün hüquqlar qorunur. ►Kanalımıza Abunə olmağı unutmayın! ►Kanalla bağlı nə irad və təklifiniz varsa, bizə yazın ►Media Yayım- © Elvin Ceferzade ►Diqqət! Müəllif hüquqları qorunur © ►Əks təqdirdə kanaldan şikayət olunacaq. ►Kanala dəstəyinizi əsirgəməyin #CanavarGunel #Astara #GunelAlmazova
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Cənubi Koreyanın İNHA Universitetinə yeni təyin olunmuş rektor Cho Myeong Voo ilə görüşüb. Qonağı yeni təyinatı münasibətilə təbrik edən rektor Havar Məmmədov iki ölkənin Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu, fəal əməkdaşlığın möhkəmləndirilməsində müxtəlif istiqamətlərlə yanaşı, təhsil sahəsinin də xüsusi payının olduğunu vurğulayıb. Bu görüşün ali təhsil ocaqları arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən rektor Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan ikili diplom proqramına toxunub. BMU ilə İNHA arasında 2021-ci ildən bakalavriat səviyyəsi üzrə birgə uğurla reallaşdırılan ikili diplom proqramının müsbət nəticələrindən söz açan Havar Məmmədov cari tədris ili üzrə statistik məlumatları da diqqətə çatdırıb. İkili diplom prqoramına qəbul olanların 85.3 %-ini yüksək nəticə göstərmiş abituriyentlərin təşkil etdiyini bildirən rektor 49 nəfərin 600-dən çox, 50 nəfərin isə 500-600 arası bal topladığını deyib. Gənc ali təhsil ocağı olan BMU haqqında qonağa ətraflı məlumat verən Havar Məmmədov İNHA Universiteti ilə gələcəkdə əməkdaşlığın daha da dərinləşməsi üçün mümkün imkanları vurğulayıb. Öz növbəsində Cho Myeong Voo səmimi görüşə və təbriklərə görə minnətdarlığını dilə gətirib. Koreyalı rektor ikili diplom proqramına istedadlı və bilikli tələbələrin seçimini yüksək qiymətləndirib, həmçinin tələbə və müəllimlər üçün “Yay məktəbi”nin təşkilinə verdiyi dəstəyə görə BMU rəhbərliyinə təşəkkürünü bildirib. Proqramın icrasının uğurlu nəticələrindən məmnun olduğunu deyən İNHA Universitetinin rektoru azərbaycanlı həmkarını Koreyaya dəvət edib. Görüşdə proqram çərçivəsində Koreya Respublikasında İnformasiya texnologiyaları ixtisası üzrə ilk təlimin uğurla təşkili və növbəti il digər üç ixtisas (İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi) üzrə 30 nəfərlik təlimin planlaşdırılması, Koreyadan gələn professorların 3 həftəlik tədrisi, eyni zamanda Koreyada keçirilən “Yay məktəbi”, gələn il tələbələr üçün ilk dəfə İNHA Universitetində birillik tədrisə hazırlıqlar və s. barədə danışılıb. Bunlarla yanaşı, universitetlər arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi, bu istiqamətdə atılan birgə addımlara, səylərə dair fikir mübadiləsi aparılıb. Tədbirin sonunda qarşılıqlı hədiyyələr tədqim olunub və xatirə şəkli çəkdirilib. İctimaiyyətlə əlaqələr şöbəsi
tiktok keşfete düşen şarkı #tiktok #albay #kizim #albay
Sosial Media History: 🤍 DİQQƏT !! Video Müəllif Hüququ ilə Qorunur ©Başqa Youtube Kanallarında Yayimlanması Qadağandır!!! #toymahnisi2023 #rezatayros #havarhavar #2023 #mahnilar #music #dance #müzik #şarkı #muzik #şarkılar #musiqi #azerbaycan #qarabağ #türkiye #pop #rock #youtube #mugenni #toy #düğün #duygusal #video #klip #clip #iran #iranmusic #iranian #tabriz #ardabil #urmia #güneyazerbaycan #azerbaijan #baku #səs #voice #ses #mugam #trend #trending #trendingvideo #youthbeshorts #shorts #videoshort #videomusic #vocal #mahnilar #musiqilər #mahnılar #remix #oynaq #toymahnisi #toymahnilari #oynaqmahnilar #gitar #saz #gitara #mikrafon #tv #videoshow #tvshow #television #kanal #tiktok #instagram #live #army #russia #usa #georgia #explore #song #songs #mp3 #ringtone
Safa Muradov'un, MüzikOnair Records etiketiyle yayınlanan "Havalar Soyuyur" isimli tekli çalışması, 4K çözünürlüğünde video klibiyle netd müzik'te. Söz & Müzik: Temmi Düzenleme: Kamran Selimi Yönetmen: Efsun Mirze netd müzik'te bu ay 🤍 Yeni Hit Şarkılar 🤍 Türkçe Pop 🤍 "Havalar Soyuyur" şarkı sözleri ile HavalarSoyuyur Havalar soyuyub, necə soyumuşam mən səndən (2) Qumlar ovulur ,necə ovulmuşam səndən (2) Sənə ümidlərim bağlı Niyə ümidlərim dağılır Səhv məndə günah məndə Səni sevənin yox ağlı Narın narın yağışların Damcı damcı düşür gözə İstəmirəm artıq geri dönəsən Doğma idin ,indi oldun özgə Havalar soyuyub ,necə soyumuşam mən səndən (2) Qumlar ovulur , necə ovulmuşam səndən (2) Buz tutub ürəyimi yollar kimi Dur ayrılmayaq onlar kimi Qır ürəyimi razıyam ama sonra Qur evimizi uçurumlardan Havalar soyuyub ,necə soyumuşam mən səndən (2) Qumlar ovulur , necə ovulmuşam səndən (2) Facebook 🤍 Twitter 🤍 Instagram 🤍 YouTube 🤍
Şəlalə Nicat - Hülya 2022 (official video) Vüsal İbrahimov Official kanalına abunə olmaq üçün bu linkə daxil olun: 🤍 Aranjiman : İsmayıl Əlizadə Montaj : Mehrab Qarayev Operator : Sədail Həbibov ➤Instagram’dan izləmək üçün; 🤍 ➤Facebook’dan izləmək üçün; 🤍 DİQQƏT! Kopyalamaq qəti qadağandır! Bu kanal rəsmi olduğu üçün müğənniyə məxsus olan bütün mahnı, klip və videoların müəllif hüquqları WediaCorp tərəfindən qorunur. #Vusalİbrahimov #SelaleNicat #Hulya
Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, təhsil nazirinin müavini İdris İsayev təhsilin daha da inkişafının ölkəmizin rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını, bu sahənin bütün pillələrinə, o cümlədən ali təhsil sisteminə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və dəstək verildiyini bildirib. Bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirən amillərdən danışan nazir müavini ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən tədbirləri nəzərə çatdırıb. İdris İsayev ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası baxımından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sənədləri, bu sırada “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb. Çıxışında hesabat dövründə BMU-nun strateji inkişaf proqramına uyğun fəaliyyətinə toxunan Şura sədri, həmçinin qarşıda duran əsas vəzifələrə diqqət çəkib. Nazir müavini müasir əmək bazarının tələbləri əsasında yeni ixtisasların yaranması, təhsil yükünün düzgün müəyyənləşdirilməsi, məzunların məşğulluğunun daha effektiv şəkildə təmin olunması, ali təhsildə keyfiyyətin artırılması, onun əhatəliliyinin genişləndirilməsi və nəticəyönümlü işin ortaya qoyulması kimi önəmli məsələlərlə bağlı öz fikirlərini bildirib. Sonra BMU-nun rektoru, professor Havar Məmmədov ali təhsil müəssisəsinin 2021-ci il üzrə fəaliyyəti, eyni zamanda strateji inkişaf proqramının icrası haqqında geniş hesabatla çıxış edib. Rektor ötən müddətdə də şəffaflıq və obyektivlik prinsipləri əsasında fəaliyyət göstərən universitetdə tədrisin təşkilinin müasir texnologiyalar və metodlar əsasında qurulduğunu, bütün sahələr üzrə elektron məlumat sisteminin tətbiq edildiyini, təhsil müəssisəsinin maddi-texniki bazasının daha da gücləndirilməsi yönündə işlərin davam etdirildiyini söyləyib. Hazırda universitetdə təhsil alan tələbələrlə və tədrislə bağlı müvafiq statistik məlumatları nəzərə çatdıran Havar Məmmədov tədrisin təşkili, innovasiyalar və elmi-tədqiqat sahəsində görülən işləri təqdim edib. Bununla yanaşı, universitetin professor-müəllim heyətinin elmi məqalələrinin “Thomson Reuters”, “Web Of Science”, “Scopus” və s. kimi elmi platformalarda nəşr olunması sahəsində qazanılan nailiyyətləri vurğulayıb. Universitetin innovativ fəaliyyətində tələbələrin xüsusi fəallıqla seçildiyini, ali təhsil ocağında 50-yə yaxın tələbə klubunun fəaliyyətdə olduğunu deyən Havar Məmmədov BMU-nun 7 tələbə komandasının öz layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST – 2022” Aerokosmik və Texnologiya Festivalında keçirilən müsabiqədə finala yüksəldiyini, onlardan “RED” komandasının “Robotexnika” kateqoriyası üzrə birinci yeri tutduğunu xatırladıb. Rektor BMU-nun beynəlxalq əlaqələri, tərbiyə işləri və digər sahələr üzrə də həyata keçirilən tədbirləri sadalayıb. Artıq iki ildir, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyini önə çəkən Havar Məmmədov dövlət vəsaiti hesabına reallaşan proqramın Azərbaycanın gənc mühəndis kadrlarla təmin olunması üçün böyük imkanlar açdığını bildirib. Rektor hazırda proqram çərçivəsində BMU-nun 7 nəfərdən ibarət professor-müəllim heyətinin Koreyada təlimlərə cəlb edildiyini, habelə BMU-da tədrisi koreyalı professor-müəllim heyəti tərəfindən həyata keçirilən “Yay məktəbi”nin başladığını fikirlərinə əlavə edib. Daha sonra iclasda BMU-nun Himayəçilər Şurasının 2022-ci ilin ikinci yarımili üçün iş planı təsdiq olunub. Bununla yanaşı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramı ilə bağlı hesabat, BMU-nun 2021-ci il büdcəsinin icrası, 2022-ci il proqnozu və maliyyə fəaliyyəti barədə hesabat, eləcə də Audit Komitəsinin hesabatı dinlənilib. Gündəliyə uyğun olaraq, BMU-nun yeni Nizamnaməsindən irəli gələn tələblər də nəzərdən keçirilib və universitetdə daxili audit bölməsinin yaradılması barədə qərar qəbul edilib. Şuranın üzvləri - Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov və başqaları gündəlikdə yer alan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər. Strateji İnkişaf Proqramından irəli gələn vəzifələrin, maliyyə məsələlərində effektivliyin artırılması imkanlarının ətraflı müzakirə edildiyi iclasda gələcək fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib, gündəlikdə yer alan məsələlər səsə qoyularaq təsdiq edilib. İctimaiyyətlə əlaqələr şöbəsi
Zaur Eli - Seni Gorum Gerek Səni Görüm Gərək - Zaur Əli Repertuar: Nise Qasımova Aranjeman: Kamran Selimli Sesyazma: Elmin Beylerov Cover: Zamir Zabitoglu PR Manager: 🤍mamed.ibrahimli (+99451 511 00 00) Bağlarda gül teki yarim olaydin yarim olaydin .. Goylerde ay teki canim olaydin canim olaydin .. Gunu gune satir yarim nedense yarim nedense .. Yar ucun nur olub qelbe dolaydin qelbe dolaydin ...... ...... Gozlesek yaz bahar xeyri olarmi xeyri olarmi .. Sevdikce sevilsek hicran olarmi hicran olarmi .. Olanda yanimda derdim olmaz yar derdim olmaz yar .. Bu sevgi dillerde ezber olardi ezber olardi ..... ..... Seni görüm gerek Yaninda olum gerek Men senin ureyinde elyenim qalim gerek ≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔ #ZaurEli #YeniMahni #SeniGorumGerek #SeniGorum #Zaur #ZaurAli #ZaurƏli#كليب #NewMusic #LiveMusic #MusicVideo #ZaurEliOfficial #ZaurEliMusic ≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔ © 2020 MusicYes ℗ 2020 Zaur Eli © Bütün müəllif hüquqları CMN Media tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir.
kanala desdek olub vidyoya layk edin
Yıldız Tilbe - Delalım ( Soner Bülbül Remix ) keyifli dinlemeler. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ ➜instagram : 🤍 ➜iletisim (Contact) : vovomusic68🤍gmail.com ➜Soner Bülbül Kanalına Abone Ol: 🤍 ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ #yıldıztilbe #Remix #sonerbülbülremix#tiktok